“Ərəb ölkələrində baş verənlərə görə narahatıq” – Çavuşoğlu

Xəbərin çap versiyası
Tarix: 5-06-2017, 15:41
“Ərəb ölkələrində baş verənlərə görə narahatıq” –


Körfəz ölkələrinin Qətərlə diplomatik əlaqələri pozması bizi kədərləndirdi.

SİVİL.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriellə keçirdiyi mətbuat konfransında deyib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Körfəz bölgəsinin sabitlik, birlik və bərabərliyini özünün sabitliyi, birlik və bərabərliyi hesab edir: “Bu bölgə ilə bır sıra ortaq problemlərimiz mövcuddur. Bütün hallarda bölgədə həmrəylik önəmlidir. Körfəz ölkələri arasında fikir ayrılığı ola bilər. Lakin bütün şərtlərdə dialoq davam etməlidir ki, problemlər həll olsun. Bu məsələnin həlli üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Maldiv, Yəmən və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına yardım göstərməkdə ittiham edərək bu ölkə ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər. (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz