Səudiyyə “Al Jazeera” telekanalının yayımını dayandırdı
Tarix: 5-06-2017, 17:08
Səudiyyə Ərəbistanı hökuməti Qətərin “Al Jazeera” dövlət televiziyasının ölkəsində yayım lisenziyasını dayandırmaqla bağlı qərar qəbul edib.
SİVİL.AZ xəbər verir ki, qərara əsasən “Al Jazeera” dövlət televiziyasının Səudiyyə Ərəbistanında fəaliyyət göstərən ofisi də bağlanılacaq.
Səudiyyə Ərəbistanı hökuməti Qətərdə çalışan jurnalistlərini də ölkəyə qayıtmağa çağırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla 6 ərəb ölkəsi və Maldiv adaları Qətərlə diplomatik münasibətləri dayandırıb. Buna səbəb Qətərin terrorçulara dəstək verməsidir. (Publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər