Monteneqro NATO-ya üzv oldu
Tarix: 5-06-2017, 21:45
Monteqronun Xarici İşlər Naziri Sercan Darmanoviç ABŞ Dövlət Departamentində ölkəsinin NATO-nun tərkibinə daxil olmağı ilə əlaqədar sənədi Dövlət Katibi Tomas Şennona təqdim edib.
SİVİL.AZ bildirir ki, bununla da Monteneqro NATO-nun rəsmi olaraq 29-сi üzvü olub. 2016-ci ilin mayın 19-da NATO-ya daxil olan ölkələr Monteneqronun alyansın tərkibinə daxil olması ilə əlaqədar sənəd imzalayıblar.
Monteneqro parlamenti 2017-ci ilin aprelin 28-də həmin sənədi ratifikasiya edib. (AzVision.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər