Qətərlə münasibətlərin kəsilməsi OPEK-ə necə təsir edəcək? - AÇIQLAMA
Tarix: 5-06-2017, 23:00
"OPEK-in bir neçə ölkəsi ilə Qətər arasındakı böhran qısamüddətli perspektivdə təşkilatın neft bazarının balanslaşdırılması üzrə səylərinə xələl gətirə bilər".
SİVİL.AZ bildirir ki, bunu "Mediterranean Energy Political Risk Consultancy" şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.
O, qeyd edib ki, indiki bazar şərtlərində OPEK daxilindəki qeyri-stabillik cox ciddi qəbul olunmalıdır. "Silahlı eskalasiyaya gətirib çıxara biləcək istənilən gərginlik Qətərin İranla yaxınlaşmasına səbəb ola bilər. Bu isə müəyyən dövlətlər tərəfindən müsbət qəbul olunmur".
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub. (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər