Onun kim olduğunu biləndə HEYRƏTLƏNƏCƏKSİNİZ

Xəbərin çap versiyası
Tarix: 6-06-2017, 12:14
Onun kim olduğunu biləndə


Bu şəkildə gördüyünüz, kütlənin içərisində heç nəyi ilə fərqlənməyən adam Avstriya prezidenti Van der Bellendir. O çiyninə sadə bir yol çantası keçirib, əlindəki qabda isə özü ilə nahar yeməyi aparır. Ətrafında nə prezident korteji, nə mühafzəçiləri var. Onun gəlişi münasibəti ilə küçələrdə nə fövqəladə hal elan edilib, nə də yollar bağlanıb.

SİVİL.AZ xarici KİV-ə istinadla xəbər verir ki, o, insanların arasında nəzərə çarpmadan hər gün öz iş yerinə - prezidentlik vəzifəsini icra etmək üçün gedir. Van der Bellen 2016-cı ilin dekabrında prezident seçkilərində qalib gəlib, 2017-ci ilin yanvar ayından vəzifəsinin icrasına başlayıb.

Arayış üçün deyək ki, Avstriyada adambaşına düşən orta illik gəlir 47 min dollar, ÜDM 404 milyard dollar təşkil edir. Yəni ölkə əhalisinin rifahı çox yüksəkdir.

Prezidentin atası holland, anası estondur. 1944-cü ildə anadan olub. 2004-cü ildə “Avstriyaya göstərdiyi xidmətlərinə görə” qızıl ulduz medalına layiq görülüb.

Ailəlidir. İki oğlu var.

İlhamə

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz