Lavrov: "Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyilik"

Xəbərin çap versiyası
Tarix: 6-06-2017, 18:18
Lavrov: "Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyilik"


"Rusiya Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyil".

SİVİL.AZ-ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov slovakiyalı həmkarı Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiya Balkan ölkələrinin, o cümlədən Monteneqro və Makedoniyanın Avropa iqtisadi inteqrasiyasının bir hissəsinə çevrilməsinə qarşı deyil. Biz buna qarşı deyilik və ola da bilmərik", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrovun sözlərinə görə, bu coğrafiyanın vahid iqtisadi mexanizm, bazar və ümumi iqtisadi məkana daxil olması təbiidir: “Ümid edirik ki, bu iqtisadi məkan nə vaxtsa Avrasiya qitəsinin qalan hissəsi ilə bərabər olacaq". (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz