Rusiya Azərbaycanı da kiril əlifbasına qayıtmağa çağırdı
Tarix: 6-06-2017, 23:10
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb.
SİVİL.AZ bildirir ki, nazir “Rus dünyası və rus dili: tarixi köklər və inkişaf istiqamətləri” adlı Forumda çıxışı zamanı bu haqda danışıb.
“Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya - kiril əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kiril əlifbasına sadiqlik barədə danışırlar” - Vasilyeva bildirib.
Nazirin fikrincə, Rusiya kiril əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. “Hərçənd son iyirmi ildə bu mövqe bir qədər zəifləyib” - Olqa Vasilyeva deyib.
SSRİ dağılandan sonra MDB respublikalarından Özbəkistan, Türkmənistan və Azərbaycan kiril əlifbasından latın əlifbasına keçiblər. Qazaxıstan da bu yaxınlarda latın əlifbasına keçidi elan edib və bu prosesin 2020-ci ildə tamamlanacağını bildirib. (Publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər