“Homoseksualla sualtı gəmidə olsaydınız, nə edərdiniz" sualına Putindən QƏRİBƏ CAVAB - VİDEO

Xəbərin çap versiyası
Tarix: 7-06-2017, 13:18
“Homoseksualla sualtı gəmidə olsaydınız, nə edərdiniz" sualına Putindən QƏRİBƏ CAVAB -


Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində maraqlı bir sualla qarşılaşıb.

SİVİL.AZ xəbər verir ki, rejissor Putindən bir homoseksualla sualtı gəmidə olacağı halda nə edəcəyini soruşub.

Putin gülərək cavab verib ki, homoseksualı “təhrik etməyə” başlamazdı və onunla bir duşa getməzdi.
“Mən onunla duşa getməməyi üstün tutardım. Onu təhrik etmək nəyə lazımdır? Amma siz bilirsiniz ki, mən cüdo ustasıyam”, - prezident vurğulayıb.

Rusiya lideri Stounla söhbətində xatırladıb ki, onun ölkəsinin qanunları homoseksualizmin təbliğatını qadağan edir. Rejissor prezidenti bu qanunda diskriminasiya əlamətlərini görüb-görmədiyini soruşub. Putin qeyd edib ki, Rusiyada homoseksuaları heç kim sıxışdırmır.

Qeyd edək ki, müsahibə Putinə həsr edilən sənədli film üçün nəzərdə tutulub. İki saatdan ibarət film 4 hissədən ibarət olacaq. Sənədli film iyunun 12-dən 15-dək nümayiş olunacaq. (Publika.az)



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz