Tualetdə doğdu, körpəni zibil qabına atdı - FOTOLAR
Tarix: 7-06-2017, 17:22
Türkiyənin Eskişehir adlanan bölgəsində qan donduran hadisə baş verib. 19 yaşlı K. Ç sevgilisindən hamilə qalıb.
SİVİL.AZ xəbər verir ki, artıq çəki səbəbindən qız hamilə olduğunu evdəkilərdən gizlədə bilib. Şiddətli qarın ağrıları ilə anası tərəfindən xəstəxanaya aparılan 19 yaşlı K. Ç tualetdə dünyaya gətirdiyi uşağı zibil qutusuna ataraq qaçmaq istəyib. Ağlama səsinə tualetə girən xəstəxana işçiləri dərhal rəhbərliyə hadisə barədə məlumat veriblər.
Eskişehir 3-cü Ağır Cəza Məhkəməsində hadisə ilə bağlı cinayət işi açılıb. 19 yaşlı K.Ç üçün 15 il həbs cəzası tələb olunsa da, məhkəmə qadını 2 min türk lirəsi məbləğində cərimədən sonra sərbəst buraxıb. (Publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər