İran terror aktlarına görə Səudiyyə Ərəbistanını günahlandırıb
Tarix: 7-06-2017, 21:08
İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) bu gün Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb.
SİVİL.AZ-ın verdiyi məlumata görə, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami “Mehr” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.
Bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər