BMT-nin baş katibi: Bütün dövlətlər terrorizmə qarşı mübarizədə birlikdə işləməlidirlər
Tarix: 8-06-2017, 01:03
BMT-nin baş katibi Antoniu Quterreş Tehranda baş verən terror aktından sonra bütün ölkələrin terrorizmə qarşı birgə mübarizə aparmağın zəruri olduğunu bildirib.
SİVİL.AZ-ın verdiyi məlumata görə, bu haqda baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.
S. Cüjarrikin sözlərinə görə BMT-nin baş katibi terror aktına cavabdeh olanları tezliklə ədalət mühakiməsinə cəlb olunacaqlarını gözləyir: "Bütün dövlətlər terrorizmə qarşı mübarizədə birlikdə işləməlidirlər, eyni zamanda dünya birliyinin dəyərlərini və universal hüquqları möhkəmləndirməlidirlər". (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər