Ən qədim insan skeleti tapıldı - FOTOLAR
Tarix: 8-06-2017, 12:51
Mərakeşdə 300 min il əvvələ aid insan skeleti tapılıb.
SİVİL.AZ xəbər verir ki, Mərakeş Mədəniyyət və Rabitə Nazirliyinin verdiyi məlumata əsasən mərakeşli alim Abdulvahid İbin Nasir və alman alim Jan Jak Yublanın rəhbərlik etdiyi beynəlxalq arxeologiya komandası Yusifiyə ərazisində yerləşən Cəbəl İhud kəndi yaxınlığından Homo Sapiensə aid skelet qalıqları tapıb.
300 min il yaşı olan skeletin indiyə qədər tapılmış ən qədim insan skeleti olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl kəşf olunmuş ən qədim insan skeleti 100 min il əvvələ aid idi. ("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər