Yens Stoltenberq: “NATO Rusiya ilə dialoqa hazırdır”

Xəbərin çap versiyası
Tarix: 9-06-2017, 21:12
Yens Stoltenberq: “NATO Rusiya ilə dialoqa hazırdır”


"NATO Rusiya ilə dialoqa hazırdır və yeni “silah yarışı” başlamaq istəmir".

SİVİL.AZ-ın verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. NATO yeni “soyuq müharibə” və “silah yarışı” başlamaq istəmir. Dialoqu isə Rusiya-NATO Şurası xətti ilə bərpa etmək mümkündür”, - deyə Y. Stoltenberq bildirib.

Bununla belə baş katib qeyd edib ki, Rusiya Şərqi Avropada vəziyyəti qeyri-stabillik yaratmaqda davam edir. Bu səbəbdən Alyans Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstanda hərbi iştirakını artırmaq məcburiyyətindədir. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz