Moskva ətrafında atışma: dörd nəfər ölüb, iki nəfər yaralanıb

Xəbərin çap versiyası
Tarix: 11-06-2017, 00:49
Moskva ətrafında atışma: dörd nəfər ölüb, iki nəfər yaralanıb


Moskva ətrafındakı Ramensk rayonunun Kratova qəsəbəsinin sakini evində barrikada quraraq insanlara atəş açmağa başlayıb.

SİVİL.AZ xəbər verir ki, insident nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları evi mühasirəyə alsalar da, cinayətkar aradan çıxaraq meşəyə qaçıb. Bu zaman o, evi yandırıb.

Son məlumata görə, cinayətkarın gizləndiyi yer müəyyənləşib və o, mühasirəyə alınıb. Hüquq mühafizə orqanlarından RİA Novosti agentliyinə verilən məlumata görə, hazırda atışma davam edir.

Bir qədər əvvəl Rusiya qvardiyasının döyüşçüləri evə hücum etməyə cəhd göstəriblər. Buna cavab olaraq atıcı xüsusi təyinatlı dəstənin əməkdaşlarını atəşə tutub və iki qumbara atıb. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz