Nadir şahın qılıncı oğurlanıb

Xəbərin çap versiyası
Tarix: 11-06-2017, 14:11
Nadir şahın qılıncı oğurlanıb


Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.

SİVİL.AZ xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.

Oğurlanan əşyalar arasında, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub. DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar.

Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb. (report)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz