Trampa qarşı cinayət işi açıldı

Xəbərin çap versiyası
Tarix: 12-06-2017, 10:22
Trampa qarşı cinayət işi açıldı


Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edərək onun konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşır.

SİVİL.AZ xəbər verir ki, baş prokurorlar iddia edirlər ki, Tramp prezident postuna əyləşdikdən sonra şəxsi bizneslə məşğul olur və daimi olaraq bizneslə bağlı hesabat alır.

“Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq” , - Karl Rasin deyib.

“The Washington Post” nəşri yazır ki, şikayət Federal Məhkəmə tərəfindən təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır.

Prokurorlar xüsusən də ötən il açılışı olan “Trump International Hotel”in fəaliyyətindən narahatdırlar. Belə ki, Qətər rəsmiləri ABŞ prezidentinin inaqurasiyası üçün “Four Seasons” otelinə sifariş versə də, sonradan fikrini dəyişərək “Trump International Hotel”-a getmişdilər. Anoloji addımı BƏƏ rəsmiləri də atmışdılar. (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz