Rusiyada etiraz aksiyaları - Aleksey Navalnı saxlanıldı

Xəbərin çap versiyası
Tarix: 12-06-2017, 17:40
Rusiyada etiraz aksiyaları -


Rusiyada müxalifətçi Aleksey Navalnının təşkilatçılığı ilə anti-korrupsiya aksiyaları keçirilir.

SİVİL.AZ xəbər verir ki, aksiyalara 17 mindən çox insan qatılıb.

Rusiya mətbuatının polisə istinadla yaydığı məlumatlara görə, təkcə Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyasında 200-dən çox şəxs saxlanılıb.

Məlumatlarda bildirilib ki, Moskva, Kazan, Krasnoyarsk, Omsk, Tomsk, İrkutsk, Çelyabisnk şəhərlərində keçirilən aksiyalar insidentisz başa çatıb.

Aksiyalarla əlaqədar saxlanılanlardan biri də müxalifət lideri Aleksey Navalnı olub. Bununla bağlı onun həyat yoldaşı Yuliya məlumat verib. O, Navalnının yaşadığı evin girişində saxlanıldığını bildirib. (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz