Almaniyada 4 terrorçu saxlanılıb

Xəbərin çap versiyası
Tarix: 12-06-2017, 21:20
Almaniyada 4 terrorçu saxlanılıb


Almaniya polisi Hamburq şəhəri yaxınlığında “Əl-Nusra cəbhəsi” terror təşkilatına mənsub olduğu iddia edilən 4 nəfəri saxlayıb.

SİVİL.AZ-ın məlumatına görə, əməliyyat səhər saatlarında həmin şəxslərin qaldığı mənzildə həyata keçirilib.

Polislər hesab edir ki, onlar 2012-ci ildə terror təşkilatına üzv olub və bir neçə il Suriyada silahlı münaqişələrdə iştirak edib. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz