Putin: SSRİ-nin çöküşü XX əsrin fəlakətidir

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 11:22
Putin: SSRİ-nin çöküşü XX əsrin fəlakətidir


"SSRİ-nin çöküşü XX əsrin fəlakətidir".

SİVİL.AZ xəbər verir ki, bunu amerikalı rejissor Oliver Stouna müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Mən tez-tez SSRİ-nin parçalanmasından təəssüflənməyimlə bağlı ünvanıma yönələn tənqidlər eşidirəm. SSRİ-nin parçalanmasından sonra 25 milyon rus bir gecənin içərisində ölkə xaricində qaldı. Bu, həqiqətən XX əsrin ən böyük fəlakətlərindən biri idi. SSRİ-nin çöküşündən sonra əvvəlcə işartılar, sonradan isə genişmiqyaslı vətəndaş müharibəsinin özü göründü. Mən bunu xüsusilə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olanda anladım”, – deyə o bildirib. (Axar.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz