İki nəfər dəfn zamanı anidən dirildi və... Qəbiristanlıqdakı QORXUNC OLAYLAR - VİDEO

Xəbərin çap versiyası
Tarix: 13-06-2017, 19:08
İki nəfər dəfn zamanı anidən dirildi və... Qəbiristanlıqdakı QORXUNC OLAYLAR -


“Cənazəni morqdan çıxarıb tabuta yerləşdirəndə birdən meyit tərpəndi. Həkimlər müdaxilə etdi, onu həyata qaytardıq. Məlum oldu ki, yaxınları adamı zəhərləyib, saxta həkim rəyi ilə ölmüş kimi qələmə verib. Bu əsasla onu morqa göndəriblər. Morqda uzun müddət soyuqda qaldığından zəhərin təsiri azalıb. Hadisə polis araşdırmasından sonra aydınlaşıb”.

SİVİL.AZ xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi Qəbristanlıq Müdürlüyündən təqaüdə çıxan Aliseydi Turan “Cənazəmiz var” kitabında yazıb.

O, kitabda işlədiyi 10 il müddətində başına gələn qəribə hadisələri qələmə alıb. A. Turan yazır ki, işlədiyi müddətdə çoxlu sayda belə maraqlı məqamlarla qarşılaşıb.

“Dənizçi bir nəfər öləndən sonra cənazəsinin qayıqla bir sahildən digərinə aparılmasını vəsiyyət etmişdi. Uşaqları bunu bizə dedi. Adamın vəsiyyətini yerin yetirdik. Bir qadın isə dəfn zamanı imama yaxınlaşaraq həyat yoldaşının qaranlıqdan qorxduğunu, ona görə də əl fənərini qəbrə qoymaq istədiyini deyib. Qadının israrından sonra əl fənəri işlək halda qəbrə qoyulub.

Bir uşaq morqda barmaqlarını hərəkət etdirəndən sonra onun yaşadığı anlaşılıb. Həmin uşaq hələ də “Barmaq İsmayıl”adı ilə anılır. Qəbrə içki və siqaret qoyulmasından, cənazə ilə 3G ilə əlaqə qurulmasının mümkünlüyünü soruşanlara qədər bir çox maraqlı hadisə yaşadıq”, - deyə A. Turan yazır. (Publika.az)


Yıllarca Mezarlıklarda Yaşadıklarını Kitap... by haberler



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz