FETO-nun Azərbaycan nümayəndəsi həbs edildi

Xəbərin çap versiyası
Tarix: 14-06-2017, 12:11
FETO-nun Azərbaycan nümayəndəsi həbs edildi


Türkiyənin Malatya şəhərinin prokurorluğu tərəfindən axtarışa verilmiş FETO terror təşkilatının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi həbs edilib.

SİVİL.AZ lent.az-a istinadən istinadən xəbər verir ki, M.M. adlı şəxs İstanbulda tutulduqdan sonra Malatyaya gətirilib və məhkəmə qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bildirilir ki, həmin şəxs terror təşkilatının xüsusi yazışma proqramı olan “Bylock” istifadəçisi olub və qruplaşmanın gizli xəbərləşmələrində mühüm rol oynayıb.

Qeyd edək ki, Malatyada FETÖ ilə bağlı ümumilikdə 12 nəfər saxlanılıb ki, onların əksəriyyəti “Bylock” istifadəçisi olub. Təşkilatın özünü Azərbaycan nümayəndəsi adlandıran üzvünün hansı funksiyaları yerinə yetirdiyi bəlli olmasa da, onun bu vəzifənin saxta icraçısı olduğu qeyd edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz