İranda xüsusi əməliyyat nəticəsində 3 silahlı məhv edilib, 5-i yaxalanıb

Xəbərin çap versiyası
Tarix: 14-06-2017, 23:25
İranda xüsusi əməliyyat nəticəsində 3 silahlı məhv edilib, 5-i yaxalanıb


İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində 3 silahlını məhv edib, 5-i yaxalayıblar.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, xüsusi əməliyyat Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində həyata keçirilib.

Məlumata görə, silahlılardan "şəhid kəmərləri" və xeyli sayda partlayıcı maddə müsadirə edilib. Əməliyyat zamanı bir İran hərbçisi ölüb. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz