Avropada rouminqə görə ödəniş LƏĞV OLUNDU

Xəbərin çap versiyası
Tarix: 15-06-2017, 12:39
Avropada rouminqə görə ödəniş


İyunun 15-dən etibarən Avropa İttifaqı ölkələrində mobil operatorlarının abunəçiləri üçün rouminq pulsuz olacaq.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.

“Avropa İttifaqı insanları birləşdirir və onların həyatını daha asan edir. Rouminqə görə ödənişin ləğv olunması Avropanın tarixi uğurudur”, - sənəddə bildirilir.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker rouminqə görə ödənişin ləğv edilməsini tarixi hadisə adlandırıb.

“Əlvida, rouminq! Sabah tarixi gündür!”, - Yunker öz Twitter səhifəsində yazıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz