İstanbulda terror həyəcanı: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

Xəbərin çap versiyası
Tarix: 17-06-2017, 13:45
İstanbulda terror həyəcanı: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi


ABŞ-ın Türkiyədəki səfirliyi İstanbulun Şişli və Mecidiyeköy səmtlərində terror olacağı ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

SİVİL.AZ-ın məlumatına görə, "Twitter"də yayımlanan xəbərdarlıqda ABŞ vətəndaşlarına Şişlidəki "Trump Towers" binasının 200 metr yaxınlığında olan Ağaoğlu küçəsindən uzaq dayanmaları bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftioğlu səfirliyin sözügedən xəbərdarlığı ilə bağlı açıqlama verib.

"ABŞ səfirliyi bu açıqlamanı heç bir əsaslı dəlilə deyil, sadəcə təhlükəsizlik qurumlarımızın aldığı mütəmadi tədbirlərə əsaslanaraq yayıblar", - deyə o, qeyd edib. ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz