Portuqaliyada 3 günlük matəm elan edilib
Tarix: 18-06-2017, 20:13
Portuqaliya hökuməti meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.
SİVİL.AZ-ın məlumatına görə, bu barədə “Publico” qəzeti məlumat yayıb.
Qeyd edək ki, son məlumatlara əsasən ölkənin mərkəzi hissəsində meşə yanğınları nəticəsində 62 nəfər ölüb, 54 nəfər xəsarət alıb. Meşə yanğınlarını nəzarət altına almaq hələ ki, mümkün olmayıb. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər