Hərbi vəziyyət tətbiq olunacaq - MÜHARİBƏYƏ HAZIRLIQ
Tarix: 19-06-2017, 14:05
Ukraya hakimiyyəti Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında hərbi vəziyyət tətbiq etmək niyyətindədir.
Bu haqda şəxsi mənbəyə istinadən “Kommersant” nəşri bildirib.
SİVİL.AZ bildirir ki, hərbi vəziyyət Ukrayna prezidenti Pyotr Poroşenkonun administrasiyası tərəfindən hazırlanan yeni qanun layihəsi ilə müəyyən edilə bilər.
"Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, əgər indi cəbhəyə yaxın şəhərlərdə vəziyyətİ faktiki olaraq Ukrayna Təhlükəsizlik Xidməti idarə edirə, hərbi vəziyyətin tətbiqindən sonra rəhbərlik funksiyaları orduya keçəcək. Bu, ehtiyac yaranacağı halda daha effektiv müdafiəyə və köçürmə işini daha operativ həyata keçirməyə imkan verəcək”, - nəşrin həmsöhbəti izah edib.
Mənbənin sözlərinə görə, hərbi vəziyyət ehtimal ki, Mariupol, Kramatorsk, Slavyansk, Avdeyevka və Marinka şəhərlərində tətbiq olunacaq. (Publika.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər