Dünyaca məşhur astrofizikdən qorxunc açıqlama - Başqa planetlərə köçməliyik...

Xəbərin çap versiyası
Tarix: 22-06-2017, 00:39
Dünyaca məşhur astrofizikdən qorxunc açıqlama -


Norveçdə təşkil olunan paneldə çıxış edən dünyaca məşhur astrofizik Stiv Havkinq çox önəmli açıqlamalar verib.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, Havkinq bildirib ki, insanlıq yaxın zamanlarda dünyanı tərk etməlidir:

“Mən fizika qanunlarına əsasən fikir səsləndirərək bildirmək istəyirəm ki, dünya gec, ya da tez asteroid bombardmanına tutulacaq. Bu zaman planetimiz məhv olacaq və burada bir canlı da qalmayacaq. Hesab edirəm ki, insanlıq yaxın 20 ildə Marsa gedib orada baza qurmasa dünya üçün çox çətin olacaq. Bütün dünya olaraq yeni kəşflər üzərində işlənilməli, heç zaman heç kimin getmədiyi, görmədiyi yerlərə getməli, kəşflər etməliyik. İnsanlar artıq başqa planetlərə köçməlidir". (Moderator.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz