Dostuna dünyanın ən gözəl hədiyyəsini verən qadına tale daha böyük hədiyyə verdi - FOTOLAR
Tarix: 22-06-2017, 22:33
Ana olmaq düyğusu hər qadının təbii instinktidir.
SİVİL.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Andrea və Mark Rivaslar uşaq sahibi ola bilmədikləri üçün ailə planlaması mərkəzinə uz tuturlar və burda onlar Sendi və Filipp Palmizano cütlüyü ilə tanış olub dostlaşırlar. Uzun- uzadı müalicələrdən sonra Rivaslar əkiz uşaq sahibi olurlar.
Lakin dostları Sendi və Filipp Palmizano cütlüyü sevinə bilmir. Həkimlər Sendinin övlad dünyaya gətirə bilməyəcəyini söyləyərək bütün ümidlərə son qoyurlar.
Andrea dost ailənin kədərini yüngülləşdirmək üçün daşıyıcı ana ola biləcəyini söyləyir və müalicələr başlayır. 1 il sonra o, rəfiqəsinə də əkiz uşaq bəxş edir: bir oğlan bir qız. Bu böyük sevinc Palmizano ailəsini onlara daha da çox bağlayır.
Lakin bu maraqlı hekayə burda bitmir. Bir il sonra Andrea yenidən hamilə olur və ən maraqlısı budur ki, o, üçüncü dəfə də dünyaya əkiz uşaqlar gətirir.
İlhamə
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər