Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağı qərara alıb

Xəbərin çap versiyası
Tarix: 23-06-2017, 00:39
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağı qərara alıb


Avropa İttifaqına üzv dövlətlərin liderləri Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa qərar veriblər.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

“Qərara aldıq. Aİ Minsk razılaşmasının Moskva tərəfindən tam icra olunmaması səbəbindən Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq”, - deyə Tusk bildirib.

“RİA Novosti” bildirib ki, Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair rəsmi qərarın Aİ-yə üzv dövlətlərin liderlərinin sammitindən bir neçə gündən sonra qüvvəyə minəcəyi gözlənilir. Sammitin işi iyunun 23-də başa çatacaq. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz