Berluskoni ABŞ prezidentinə ilişdi: "Trampın həyat yoldaşı xoşuma gəlir"

Xəbərin çap versiyası
Tarix: 24-06-2017, 20:27
Berluskoni ABŞ prezidentinə ilişdi:


İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ABŞ prezidenti Donald Trampın ona oxşadılmasına münasibət bildirib.

SİVİL.AZ xəbər verir ki, "Əksəriyyət Trampa ABŞ-ın Silvio Berluskonisi deyir, bu barədə nə fikirləşirsiniz" sualı verilib və o "Trampın ən çox həyat yoldaşını sevirəm, zövqünə və tərzinə görə. Melaniya Trampla yaxın tanışlığımız olmasa da, haqqında çox yaxşı sözlər eşitmişəm" deyib.

Qeyd edək ki, Berluskoni bir müddət əvvəl Emmanuel Makronun özündən 24 yaş böyük həyat yoldaşı Bricit Makron haqqında uyğunsuz sözlər demişdi. O, "Makron gənc, amma təcrübəlidir və ən vacibi onun uşaqlıqdan bəri əlindən tutan anası var" demişdi. ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz