Məktəbli milyonçu oldu
Tarix: 25-06-2017, 22:00
Erik Finman-ın 15 yaşı olduqda valideynləri ilə mərcə gəlir ki, əgər onlar onun ali təhsil müəssisəsinə qəbul olması ilə bağlı təkid etməsələr o, 18 yaşında dollar milyonçusu olacaq. Və o bunu Bitcoin sayəsində gerçəkləşdirə bildi.
SİVİL.AZ bildirir ki, hazırda Finman-ın ümumi dəyəri 1,09 milyon dollar olan 403 Bitcoin valyutası var. O həmçinin digər kriptovalyutalara yatırım edir, xüsusən də Ethereum-a.
"Mən şəxsən düşünürəm ki, Bitcoin valyutasının məzənnəsi bir neçə yüz min dollara, yaxud hətta 1 qəpiyə görə milyona qədər yüksələcək" - deyə Finman iddia edir.
Finman 12 yaşı olduqda, nənəsi ona 1000 dollar bağışladığı zaman Bitcoin-ə investisiya etməyə başlamışdı. Artıq 2013-cü ildə Finman özünün ilk Bitcoin-lərini sataraq 100 min dollar qazanmışdı. (banker.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər