Tanınmış aktyor xəstəxanaya yerləşdirilib

Xəbərin çap versiyası
Tarix: 26-06-2017, 21:00
Tanınmış aktyor xəstəxanaya yerləşdirilib


Rusiyanın tanınmış aktyoru, SSRİ xalq artisti Vladimir Etuş reanimasiyaya yerləşdirilib.

SİVİL.AZ bildirir ki, aktyor müayinə üçün Moskvada poliklinikaya gedib. O, poliklinikanın pilləkənini qalxan zaman yıxılıb. Həmin vaxt V. Etuşun həyat yoldaşı onun yanında olub. Lakin xanımı aktyorun yıxılmasına mane ola bilməyib.

95 yaşlı V. Etuş Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, aktyor teatrda fəaliyyətini davam etdirir. V. Etuş yıxıldığına görə onun iştirakı ilə olan tamaşalar təxirə salınıb. (AzVision.az )

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz