Əmisinin arvadını evə kişi çağırdığı üçün öldürdü

Xəbərin çap versiyası
Tarix: 28-06-2017, 19:50
Əmisinin arvadını evə kişi çağırdığı üçün öldürdü


Türkiyənin Adana şəhərində 31 yaşlı Sənəm Barık ilə 20 yaşlı Zeliha Sevgilibaşı evə kişi çağırdıqları iddiası ilə öldürən 5-i eyni ailədən olmaqla 6 şübhəli haqqında xəbər var.

SİVİL.AZ
xəbər verir ki, gəlinlərinin qətlində təqsirləndirilən şübhəlilərin məhkəmə prosesi baş tutub. Prokuror 6 şübhəli haqqında 2 dəfə ağırlaşdırılmış, ömürlük olmaqla ən azı 31 ilə qədər həbs cəzası istəyiylə iddia qaldırıb.

Xatırladaq ki, "Milliyet" qəzetinin yazdığına görə, 10 apreldə törədilən qətl hadisəsinə görə saxlanılan Doğan Barık (19) Sənəm Barıkın narkotikdən istifadəyə görə həbsxanada olan əmisi Ərəb Barıkın həyat yoldaşı olduğunu söyləyib. "Gəlinimiz evi tərk edib Zeliha ilə birlikdə fahişəlik edirdi. Namusumuzu təmizləmək üçün ikisini də mən öldürdüm", - demişdi.

Şübhəlilər qarşıdakı günlərdə hakim qarşısına çıxarılacaqlar. (Milli.Az)




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz