13 yaşlı uşağın üzündəki artıq əti 11 saata əməliyyat etdilər və... - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 2-07-2017, 16:30
13 yaşlı uşağın üzündəki artıq əti 11 saata əməliyyat etdilər və... -


Cərrahlar 13 yaşlı Manikandanın burnunun üstündəki artıq əti 11 saat əməliyyat edərək götürüblər.

SİVİL.AZ bildirir ki, hadisə Hindistanda baş verib.

On cərrahın qoşulduğu əməliyyat çox çətin keçsə də, həkimlər istədiklərinə nail ola biliblər. Manikandan 13 yaşında olmasına baxmayaraq üzündəki qorxulu artıq ət səbəbindən məktəbə belə gedə bilməyib. Həmyaşıdları ondan qorxduğu üçün o, hamıdan təcrid olunmağa başlayıb. Burnunun üstündəki artıq ət onun normal nəfəs almasına belə mane olurmuş.

Maddi imkanı olmayan 13 yaşlı yeniyetmənin valideynləri əməliyyat üçün hökümətdən maddi yardım istəyib. Hökümət tərəfindən ayrılan maddi yardımdan sonra əməliyyat həyata keçirilib. İndi Manikandanın ailəsi ümid edir ki, bundan sonra hər şey yaxşı olacaq. (Moderator.az)

13 yaşlı uşağın üzündəki artıq əti 11 saata əməliyyat etdilər və... -

13 yaşlı uşağın üzündəki artıq əti 11 saata əməliyyat etdilər və... -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz