Evdə başqa qadınla tutduğu ərini öldürdü: "Mən onsuz yaşaya bilmərəm" - VİDEO
Tarix: 3-07-2017, 11:07
Türkiyənin Konya şəhərində həyat yoldaşının bir mənzildə başqa qadınla yaşadığını öyrənən Sevim H. sözügedən evə gəlib. Əri ilə mübahisə edən Sevim qısa müddətdə döyüşə çevrilən hadisədə yoldaşını ürəyindən bıçaqlayaraq öldürüb.
SİVİL.AZ Milli.Az-a istinadən xəbər verir ki, həyat yoldaşı Əli Hüyükü bıçaqlayaraq öldürən Sevim Hüyük ilk ifadəsində həyat yoldaşı üçün ailəsindən imtina etdiyini söyləyib. Sevim "Ailəm Ankarada qalır. Mən Beyşehirin peşə liseyində oxumaq üçün gəlmişdim. Burada tanış olduq. Ailəm evlənməyimizi istəmədi. Mən məktəbi tərk edib, onunla qaçaraq evləndim" deyib.
Hadisə anında özündə olmadığını söyləyən qadın "Həyat yoldaşımı dəlilər kimi sevirəm. Hadisə necə oldu anlamadım. Mən onsuz yaşaya bilmərəm. Öldüyünə inanmıram və inanmaq istəmirəm. O, mənə hər gün evə gələrkən çiçək alıb gətirirdi" ifadələrini işlədib.
Sevim H. dindiriləmsi sonrası prokurorluğa aparılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər