Bu ölkədə hökumət sevişmə evləri açır

Xəbərin çap versiyası
Tarix: 4-07-2017, 23:00
Bu ölkədə hökumət sevişmə evləri açır


Kubanın paytaxtı Havanada sevişmək istəyən cütlüklərə saatlıq kirayə evlər verilməsi yenidən bərpa olunur.

SİVİL.AZ xəbər verir ki, şəhər rəhbərliyi 1990-cı illərdə iqtisadi böhrana görə bağladığı otelləri təzədən açır.

Yeni məkanların daha ucuz olması nəzərdə tutulub. Havana şəhər rəhbərliyi hesab edir ki, bu yolla küçələrdə sevişməyə son qoyulmasına nail oluna bilər. Ev sahibləri istilik sistemi, soyuducu və bir yataqdan ibarət otağı üç saata 5 dollara təklif edirlər. Ancaq bu, kubalıların cibinə münasib deyil. Onların aylıq maaşı 29.6 dollardır və bir çox adam bu qiyməti ödəyə bilmir.

Havanada cütlüklərin əksəriyyəti parklarda, plyajlarda və Malekon bulvarındakı dəniz sahilində sevişməyə üstünlük verirlər. (bakupost.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz