Moskva-Türkiyə təyyarəsində sərnişin qanına boyandı - VİDEO

Xəbərin çap versiyası
Tarix: 6-07-2017, 10:35
Moskva-Türkiyə təyyarəsində sərnişin qanına boyandı -


Moskva-Antalya reysi ilə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

SİVİL.AZ bildirir ki, təyyarə havada olarkən, həddən artıq sərxoş olan sərnişinlərdən biri ucadan bağırmağa və ətrafı yumruqlamağa başlayıb.

Yanında oturan sərnişinlər başqa oturacağa keçmək məcburiyyətində qalıblar.

Qarşısındakı yemək servisini və qarşı oturacağı yumruqlayan sərnişinin üst-başı tamam qana bulanıb.

Sərnişinlər və ekipaj üzvləri adama mane olmağa çalışsalar da, bu, bir müddət mümkün olmayıb.

Sərnişinlərin təyyarədən çəkdikləri foto və videolar qısa zamanda internetdə sürətlə yayılıb. (Moderator.az)



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz