11 yaşlı milyoner qız

Xəbərin çap versiyası
Tarix: 6-07-2017, 22:30
11 yaşlı milyoner qız


Mikaila Ulmerin cəmi 11 yaşı var, amma milyon dollarlıq bir şirkətin qurucusudur: “Me & The Bees Lemonade”.

SİVİL.AZ bildirir ki, Mikaila şirkətin yaranması haqqında bunları söyləyib: “4 yaşım olanda ailəm məni uşaq iş dünyası yarışmasına qatılmaq və Austin Limonad gününə görə bir məhsul yaratmaq üçün təşviq etdi. Orada bir arı məni iki dəfə sancdı.

Sonra Cənubi Karolinanın Kameron şəhərində yaşayan nənəm Helen bizə, “Flaxseed Lemonade” üçün yaratdığı özəl reseptin yer aldığı 1940-cı illərin yemək kitablarını göndərdi.

Arı sancmalarına nifrət etmişdim. Məni çox qorxutmuşdular. Ancaq sonra qəribə bir şey oldu. Arılardan təsirləndim. Onlar haqqında və ekosistem üçün etdikləriylə əlaqədar hər şeyi öyrəndim və düşündüm ki, əgər bal arıçılarına kömək olan və nənəm Helenin reseptindən istifadə edərək bir şey yaratsam, necə olar?

Beləliklə, “Me & Bees Lemonade” yarandı. Bu, nənəmin kətan toxumu resepti və arılara qarşı yaranmış sevgimdən irəli gəlir. Bu limonadların tərkibinə yerli bal qatılır”.

60 min dollar ilkin investisiya alan bu iş fikri “Whole Foods Market”lə 11 milyon dollarlıq müqavilə imzalayıb. “Me & The Bees”in 55 mağazada satışı həyata keçirilir.

Limonad satışı ilə bal arılarını xilas etmək üçün mübarizə aparan yerli və qlobal təşkilatlara gəlirinin bir qismini bağışlayan Mikaila biznes tədbirlərində limonadları satır. (Bizplus.az)

11 yaşlı milyoner qız


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz