Avtomobildəki qadın Putinin sevgilisidir? - ŞOK İDDİA + VİDEO

Xəbərin çap versiyası
Tarix: 13-07-2017, 13:30
Avtomobildəki qadın Putinin sevgilisidir? -


Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl yeni video görüntüsü ortaya çıxıb.

SİVİL.AZ xəbər verir ki, İngiltərə mətbuatının iddiasına əsasən avtomobilin arxa oturacağında nəzərə çarpan qadın Putinin yeni sevgilisidir.

Video çarxa əsasən Putin avtomobilin arxa qapısını açır amma sonradan qəflətən örtür. Qırmızı geyimli qadının xəbərdarlığından sonra prezident qapını sürətlə bağlayır. İddiaya əsasən Putin kameraların olduğu barədə xəbərdar edilir.

Prezidentin mətbuat katibi Dmitriy Peskov isə maşında əyləşən şəxsin Putinin mühafizəçilərindən biri olduğunu açıqlayıb.

Jurnalist Anton Jelnov isə bildirir ki, Putin çox vaxt sükan arxasına keçir və mühafizəçilər arxa oturacaqda əyləşirlər. Əl hərəkəti isə Putinə pencəyinin yerini göstərmək üçün edilib. ("Ölkə.Az")




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz