Təyyarənin havaya qalxmasını izləyən qadın faciəvi şəkildə öldü – VİDEO

Xəbərin çap versiyası
Tarix: 13-07-2017, 21:25
Təyyarənin havaya qalxmasını izləyən qadın faciəvi şəkildə öldü –


Karib dənizində yerləşən Sen-Marten adasında Yeni Zelandiyadan olan qadın turist təyyarənin havaya qalxmasını izləyərkən faciəvi şəkildə ölüb.

SİVİL. AZ-ın xəbərinə görə, hadisənin videosu YouTube portalında Salt kanalında cümə axşamı, iyulun 13-də yerləşdirilib.

İnsident Niderlandın “Prenses Juliana” hava limanında qeydə alınıb. Çimərlikdə istirahət edən qadın digər turistlərlə birgə “Caribbean Airlines” aviaşirkətinə məxsus təyyarənin Trinidad və Tobaqoya yolda düşməsini izləyirdi.

Uçuş-enmə zolağı yaxınlığında 57 yaşlı qadını hava dalğası kənara atıb. O, başı ilə beton döşəməyə dəyib. Hadisə şahidləri tərəfindən yerli xəstəxanaya çatdırılsa da, qadın aldığı zədələrdən dünyasını dəyişib.

Qeyd edək ki, bu ilin fevral ayında “Prenses Juliana” hava limanı dünyanın “13 ən təhlükəli aeroportu” siyahısına daxil edilib. (Oxu.az)




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz