Lavrov: “Rusiya Əsədi dəstəkləmir”

Xəbərin çap versiyası
Tarix: 14-07-2017, 00:20
Lavrov: “Rusiya Əsədi dəstəkləmir”


Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir, əksinə, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiqdir.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Suriyanın və bu ölkənin liderinin taleyini yalnız bu ölkənin xalqı müəyyən edə bilər.

“Biz Əsədi dəstəkləmirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqik. Suriyaya gəlincə isə, qətnamələrdə açıq-aydın yazılıb ki, Suriyanın taleyini yalnız Suriya xalqı müəyyən etməlidir”, - deyə Lavrob bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də bir neçə gün əvvəl “G20” sammitində çıxışı zamanı bildirmişdi ki, Suriyanın və Bəşər Əsədin taleyini yalnız Suriya xalqı müəyyən edə bilər. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz