Arvadının bakirəliyinə şübhə edərək onu intihar həddinə çatdırdı - FOTO

Xəbərin çap versiyası
Tarix: 14-07-2017, 20:36
Arvadının bakirəliyinə şübhə edərək onu intihar həddinə çatdırdı -


Tacikistanın Voseysk rayon sakini Zəfər Pirova 18 yaşlı həyat yoldaşı Rəcəbi Xurşedini intihar həddinə çatdırmaqda ittiham olunur.

SİVİL.AZ-ın verdiyi xəbərə görə, gənc qadın ərinin onun bakirə olduğuna inanmayıb ikinci arvad tələb etdikdən sonra özünü öldürüb.

Rəcəbi Xurşed ailə qurduqdan 40 gün sonra intihar edib.

Cütlük toya qədər bir-birini tanımayıb, və ilk dəfə nikah masasında görüşüb. Toydan əvvəl qız ginekoloq da daxil olmaqlar, tibbi müayinədən keçib. Lakin 24 yaşlı Zəfər onun bakirə olmasına inanmayıb. O, hətta evlilikdən sonra arvadını daha iki dəfə ginekoloqun yanına göndərib.

Qohumların sözlərinə görə, Rəcəbi ərinin hədələrindən sonra özünə qəsd edib.

“Mən onun ölümünü istəmirdim. Lakin onun valideynlərinin toya xərclədiyim 13 min somonini (2500 manat) qaytarsınlar”, - Pirov jurnalistlərə açıqlamasında deyib.

İndi 24 yaşlı gənci səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. (Oxu.az)


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz