Putindən benzinin qiyməti ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 15-07-2017, 13:40
Putindən benzinin qiyməti ilə bağlı


Rusiya prezidenti Vladimir Putin ölkədə benzinin qiymətinin artmasını şərh edib.

SİVİL.AZ Trend-ə istinadən xəbər verir ki, o, bunun müxtəlif faktorla əlaqəli olduğunu deyib.

Rusiya prezidentinin sözlərinə görə, benzinin qiymət artımı ilk növbədə bu xarici yanacaq bazarının konyukturası ilə bağlıdır.

V. Putin deyib: "Əgər bizdə azad bazardırsa, biz qiymətləri qonşu ölkələrdəki qiymətlərdən fərqli saxlaya bilmərik, əks təqdirdə "dəmir qapılar" düzəltməyə məcburuq".

Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti qonşu ölkələrdə az olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək: "Əgər istəmiriksə, benzinimizi ölkədən ucuz olduğu üçün çıxarsınlar, ölkənin daxilində qiymətə nəzarət etməliyik".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz