İŞİD terrorçularının həyat yoldaşlarından — ŞOK ETİRAFLAR

Xəbərin çap versiyası
Tarix: 15-07-2017, 19:27
İŞİD terrorçularının həyat yoldaşlarından —


Həlak olmuş və ya əsir götürülmüş İŞİD terrorçularının arvadları terror qruplaşmasındakı həyat barədə məlumat veriblər.

SİVİL.AZ xəbər verir ki, qadınlar terror qruplaşmasındakı işgəncə və zorakılıqdan, qaçmağın mümkün olmadığından bəhs ediblər.

Əksər terrorçuların həyat yoldaşı xaricilərdir. Tunisli qız Xədicə bildirir ki, ərini itirən qadınlar qohumların və şahidlərin razılığı ilə başqa terrorçuya ərə gedir.

Livanlı Nur əl-Xud Suriyaya əri ilə gedib. Əri onu əmin edib ki, İŞİD o qədər də qorxulu deyil. Amma sonradan məlum olub ki, hər şey daha qorxuncdur. Onu və başqa bir qadını pəncərəsi olmayan kiçik otağa həbs ediblər. Uşaqların qotur xəstəliyi və biti olub. Amma heç kəs uşaqları həkimə aparmayıb.

Xədicə bildirir ki, döyüşçülərin qanuni arvadlarından başqa seks-kölələri də var. Onlar seks-kölələri alır, hədiyyə edir və bir-birlərinə satırlar. Bu seks-kölələrinə daha çox diqqət ayrılır ki, baha qiymətə satmaq mümkün olsun. Bir seks-köləsinin qiyməti 10-30 min dollar arasında dəyişir.

Bəzi qızlar qurtulub qaça bilsələr də, terrorçular onlara kömək edənləri qətlə yetiriblər. (Ölkə.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz