Kim ərə getmək istəyir, kim arvad almaq istəyir BU MARKETDƏN SEÇƏ BİLƏR
Tarix: 16-07-2017, 00:40
Bu marketin 20 ildən artıq yaşı var.
SİVİL.AZ-ın xəbərinə görə, evlilik marketi adlanan qeyri-adi park Çinin Şanxay ərazisində fəaliyyət göstərir.
İş saatının gərgin olması səbəbindən burada insanlar daha gec ailə qurur, həyat yoldaşı tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən yaranan parka baş çəkən insanlar ya özləri, ya da ki övladları üçün həyat yoldaşı axtarır.
Belə ki, namizəd olmaq istəyən hər kəs özü, maaşı haqda qısaca informasiya yayaraq ağaclardan asır, müxtəlif yerlərə yapışdırırlar.
Şərtlərə uyğun gələn şəxslər isə qeyd olunan nömrələrlə əlaqə saxlayır. Bu addımı təqdir edənlərlə yanaşı, tənqid edənlər də az olmayıb. Bəziləri bunun utancverici bir addım olduğunu söyləyir. (Saglamheyat.com)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər