Ermənistanın baş sinoptiki Bakıya qarğış etdi
Tarix: 18-07-2017, 22:45
Ermənistanın baş sinoptiki İstanbulda qeydə alınan təbii fəlakətə sevinərək, Bakıya da eynisini arzulayıb.
“Bir neçə saat əvvəl İstanbulda güclü leysan olub. P.S. Bakıya da bundan arzulayıram”, - Ermənistan Hidrometeoroloji Proqnozlar Mərkəzinin direktoru Qaqik Surenyan öz “Facebook” səhifəsində yazıb.
SİVİL.AZ xəbər verir ki, Suranyan təbii fəlakət zamanı xəsarət alanların fotolarını da yerləşdirib.
Bir saat ərzində onun paylaşımı 1700 “like” yığıb.
Xatırladaq ki, İstanbulda güclü yağışlardan sonra, metronun bir neçə stansiyası suyun altında qalıb, həmçinin avtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub. (Oxu.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər