Türkiyədə güclü zəlzələ: 70-dək sakin xəsarət aldı – VİDEO VİDEO

Xəbərin çap versiyası
Tarix: 21-07-2017, 16:35
Türkiyədə güclü zəlzələ: 70-dək sakin xəsarət aldı – VİDEO


Bodrum yaxınlığındakı Yunanıstanın Kos adasında 205 türk turistin evakuasiyasına başlanılıb.

SİVİL.AZ
bildirir ki, bu barədə Hürriyet xəbər yayıb.

Bildirilir ki, Kosda zəlzələ nəticəsində tarixi minarə də dağılıb.

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

Xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.

Qeyd edək ki, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.

Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub. Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib. (APA)




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz