Uşaqlarını boğan ana: "Yaşıl adam mənə " iki cin balası var, onları öldür " dedi"

Xəbərin çap versiyası
Tarix: 23-07-2017, 21:45
Uşaqlarını boğan ana: "Yaşıl adam mənə " iki cin balası var, onları öldür " dedi"


Türkiyədə 6 ay öncə 5 aylıq və 5 yaşında olan iki körpəsini boğaraq öldürən Xədicə Tiryaki məhkəmə qarşısında ifadə verib.

SİVİL.AZ
xəbər verir ki, 16-cı Ağır Cəza Məhkəməsində baş tutan hökm prosesində cinayətkar bunları deyib: "Evli olduğumuz 8 il boyunca ərim mənə heç kimin evinə getməyə icazə vermirdi. Heç kimlə görüşmürdüm. Sonra uşaqlarımız dünyaya gəldi. İkisində də asma xəstəliyi var idi. Evimizdə onların nəfəs alması üçün xüsusi aparat da var idi. Uşaqlarım bu xəstəliyə yaxalananda gecələr nəfəs ala bilməzlər deyə, 3 ay boyunca heç yatmadım. Psixologiyam pozuldu. Qəribə məxluqlar görməyə başladım. Yaşıl adam gəldi yanıma. Həmişə yanımda dayanırdı. Mən uşaqlarımı öldürmk istəmirdim. Yaşıl adam mənə "iki cin balası var, onları öldür" dedi. Mən də ikisini də boğdum. Özümə gələndə otağa qaçdım. Cin balası deyə öldürdüklərim mənim öz övladlarım imiş. Mən onları cin olaraq gördüm, hakim bəy. Mən uşaqlarıma sillə belə atmayan anayam. Ərimə çox dedim ki, məni həkimə apar, amma aparmadı. Ailəmə də demədim, yaşıl cin deməyə qoymurdu, "sus söyləmə" deyirdi. Hadisədən əvvəl özümü şarfla boğmağa çalışdım, dəfələrlə sıxdım, amma intihar edə bilmədim. Yata bilmədiyim vaxtlarda özümü pəncərədən aşağı atmağa çalışdım, ancaq edə bilmədim. Dərman atsam uşağımı əmizdirə bilmərəm deyə, xəstəxanaya da getmədim".

Tiryaki hakim qarşısında "yaşıl adam" adlandırdığı məxluqdan da danışıb: "50 sm hündürlüyündə, gözləri böyük, dişləri uzun və kəskin, qozbel, dırnaqları uzun, ayaqları isə tərs idi. Yanımdan heç ayrılmırdı. İnsana bənzəmirdi. Ətrafımda başqa məxluqlar da görürdüm. Cinləri həmişə görürdüm".

Xədicənin əri Murad Tiryaki məhkəmədə həyat yoldaşından şikayətli olmadığını, onun uşaqlarını çox sevən bir ana olduğunu bildirib: "Xanımımın xəstə olduğunu anlaya bilmədim. Mənə yaşıl adamdan heç danışmadı. Məni xəstəxanaya apar da heç demədi."

Məhkəmə təqsirləndirilən Xədicə Tiryakinin psixoloji vəziyətinin yoxlanması üçün sentyabr ayına kimi ertələnib.

Qeyd edək ki, hazırlanmış iddianamədə göstərilib ki, Xədicə Tiryaki 4 fevral 2017-ci il tarixində 5 yaşlı Məhəmməd Tiryaki və 5 aylıq qızı Rabia Tiryakini boğaraq öldürüb. Ona 50 il həbs cəzasını istənilib. (GoldNews.Az)


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz