Basdırılan şəxs tabutun içindən canlı yayım etdi – VİDEO + FOTO
Tarix: 8-08-2017, 23:34
Stokholm yaxınlığındakı Södertelje bələdiyyəsinin son zamanlarda fenomeninə çevrilən Moşe Küçükkaya tabut içində 2,5 ton torpağın altında iki gün qalıb, mobil telefonu ilə Facebook-dan canlı yayım layihəsini tamamlayıb.
SİVİL.AZ Oxu.Az-a istinadən xəbər verir ki, əvvəl də bir ay ərzində küçələrdə evsiz kimi yaşayıb köməyə möhtac insanlar üçün pul yığan Moşe Küçükkaya son layihəsi ilə bir tərəfdən yaşadığı klostrofobiya (qapalı məkan qorxusu) problemini həll etməyə çalışarkən, digər tərəfdən də toplanan pul ilə Söderteljedə tək yaşayan yaşlılar üçün əyləncə təşkil etməyi qarşısına məqsəd qoyub.
Dünən basdırılmış olduğu tabutdan çıxarılan Küçükkaya iki gün ərzində oyaq qalaraq yalnız su içib.
Qazılaraq basdırıldığı tabutun içindən çıxarılandan sonra Moşe Küçükkaya “Növbəti dəfə tabuta girdikdə ölməyi üstün tutaram” deyib.
Küçükkaya basdırılmış olduğu müddət içində mobil telefonu ilə verilən sualları da cavablandırıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər