Cərrah qayçını qadının qarnında unutdu - FOTO
Tarix: 9-08-2017, 21:30
Almaniyada yaşayan iki uşaq anası Emel Bingöl (38), 2017-ci ilin 3 fevral günü Qaziantepdəki özəl bir xəstəxanada estetik əməliyyat etdirib. Bir gün sonra xəstəxanadan çıxan Bingöl Almaniyaya qayıdıb.
Zamanla ağrı hiss edən və hərəkət etməkdə çətinlik çəkən Bingölün Almaniyadakı bir xəstəxanada çəkdirdiyi rentgendə qarınında qayçı olduğu məlum olub. Bu səbəblə psixoloji problemlər də yaşayan Bingölün Şanlıurfada özəl bir xəstəxanada həyata keçirilən əməliyyatla qarnındakı qayçı çıxarılıb. Bingöl estetik əməliyyatı keçirən həkim və xəstəxana haqqında iddia qaldırıb.
SİVİL.AZ xəbər verir ki, Bingöl AA müxbirinə verdiyi müsahibədə sözügedən məsələylə bağlı böyük zərər gördüyünü deyib. Bingöl 6 ay qarınında qayçıla yaşadığını və çox ağrı çəkdiyini dilə gətirərək, bunları söyləyib:
"Qarınımın sol tərəfi iki yumurta böyüklüyündə şişdi, əyilib, qalxa bilmirdim, evimi təmizləyə bilmirdim, işimdən oldum. Davamlı həkimimlə yazışdım, şikayətlərimi və fotolarımı çatdırdım. Çəkilən rəngli rentgendə qarnımda qayçı olduğunu söylədilər. Mən 2-3 saat özümə gələ bilmədim, şok keçirdim".
"Ucuz olar deyə Türkiyəyə gəldim, 3-4 qat çox pul ödədim"
Bingöl hadisənin həyatını alt-üst etdiyini vurğulayıb:
"Türkiyəyə əməliyyat qiyməti daha uyğun deyə gəldim, amma bu an 3-4 qat daha çox pul ödədim. Məni maddi və mənəvi zərərə saldılar. Tətilə gedəcəkdik, planlarımız vardı, hər şey qaldı. Məhkəmə nəticəsində nə olacaq bilmirəm. Türkiyə vətəndaşıyam, bununla da qürur duyuram. Amma belə şeylər başqa insanların başına gəlsin istəmirəm. Bütün həkimləri də günahlandırmıram, amma xahiş edirəm, bu hadisələr nəzərə alınsın və hər kəs diqqətli olsun". (Milli.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər